Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ceyhun Bayramov Çavuşoğluna zəng etdi

Ceyhun Bayramov Çavuşoğluna zəng etdi

Ceyhun Bayramov Çavuşoğluna zəng etdi
2023-02-20 , 22:39

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub, azərbaycanlı nazir bu gün Hatayda baş vermiş iki güclü zəlzələ təkanlarının təsirləri ilə maraqlanıb.

Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyədə böyük insan tələfatı və güclü dağıntılara səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması işləri, zəlzələdən sonra yenidənqurma planları barədə müzakirə aparılıb.
Ceyhun Bayramov Azərbaycanın qardaş Türkiyəyə bütün lazımi dəstəyini davam etdirəcəyini bir daha vurğulayıb.
Çavuşoğlu zəlzələ bölgəsində son vəziyyət, zəlzələ bölgələrində binaların tikintisi planları barədə ətraflı məlumat verib. O, Hatayda baş vermiş sonuncu zəlzələlərin yalnız əvvəl ciddi və orta səviyyədə zədə almış binalara zərər verdiyini bildirib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.