Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ərdoğan Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstəyə görə minnətdarlığını bildirib

Ərdoğan Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstəyə görə minnətdarlığını bildirib

Ərdoğan Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstəyə görə minnətdarlığını bildirib
2023-02-25 , 18:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlət başçısına dərin minnətdarlığını bildirib.

Yenilik.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin və Azərbaycanın həmişə bir-birinin yanında olduğunu vurğulayıb.
Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirib və buna görə təşəkkür edib.
Rəcəb Tayyib Ərdoğan azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirdiklərini, insanların xilası üçün fədakarlıqla çalışdıqlarını bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.