Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İlham Əliyev Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu deyib

İlham Əliyev Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu deyib

İlham Əliyev Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunu deyib
2023-02-25 , 18:26

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır.

Yenilik.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə söyləyib.
Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, bu faciədən çox kədərləndiyini bildirib.
Faciənin ilk günündən Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu qeyd edən Prezident İlham Əliyev deyib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmiz humanitar yardımları bundan sonra da davam etdirəcək.
Azərbaycan Prezidenti qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.