Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Emin Əmrullayev müəllimlərin seçki prosesinə cəlb olunmasından DANIŞDI

Emin Əmrullayev müəllimlərin seçki prosesinə cəlb olunmasından DANIŞDI

Emin Əmrullayev müəllimlərin seçki prosesinə cəlb olunmasından DANIŞDI
2023-02-27 , 16:36

“Təhsil işçiləri seçki müddətində qurumlarda işə qəbul olunurlarsa, bu, dövrü xarakter daşıyır”. 

Yenilik.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib. 
Onun sözlərinə görə, həmin müddətdə onların əməkhaqları olduğu kimi saxlanılır:
“Onlar seçki dairələrində iştirak edirlər və burada heç bir qanun pozuntusu yoxdur. Bu say bəzi yerlərdə az, bəzi yerlərdə çox ola bilər. Əsasən kənd yerlərində ali təhsilli insanlar məktəbdə olduğundan onların seçki prosesinə dəstəyi müsbətdir”.
“Təhsil işçilərinin təşkilatçılıq qabiliyyəti olduğundan öz arzu və istəkləri ilə seçki prosesinə cəlbində maneə görmürəm. Onlar bu işə təyinatla göndərilmirlər. Əməkhaqları saxlanılmaqla müvafiq işi görməsini təmin edirik”, - deyə o əlavə edib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.