Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Kamil Zeynallı onu tənqid edənlərə cavab verdi

Kamil Zeynallı onu tənqid edənlərə cavab verdi

Kamil Zeynallı onu tənqid edənlərə cavab verdi
2020-04-11 , 10:41

"Mənə deyirlər ki, özünü kameraya çəkib reklam edirsən. Eybi yox, siz də gəlin özünüzü mənim kimi reklam edin".

Yenilik.Az ölkə.az-a istinadən bildirir ki, bu sözləri idmançı Kamil Zeynallı onu tənqid edənlər haqqında deyib.
"Həyatda elə yaxşılıqlar var ki, onu mütləq göstərmək lazımdır ki, başqaları da görüb həvəsə gəlsin",- deyə o, bildirib.
Qeyd edək ki, idmançı bir neçə gündür ki, ehtiyacı olan insanlara maddi yardım edir. Bunu sosial şəbəkədə paylaşan Zeynallını bir çoxları bu hərəkətinə görə, özünü reklam etməkdə ittiham ediblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.