Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Brilliant Dadaşova Oqtay Əliyevlə bağlı PAYLAŞIM ETDİ: "Biz də balaca uşaq ikən..."

Brilliant Dadaşova Oqtay Əliyevlə bağlı PAYLAŞIM ETDİ: "Biz də balaca uşaq ikən..."

Brilliant Dadaşova Oqtay Əliyevlə bağlı PAYLAŞIM ETDİ:
2023-03-24 , 13:40

Xalq artisti, müğənni Brilliant Dadaşova mərhum prodüser Oqtay Əliyevlə bağlı paylaşım edib.

 
Yenilik.az xəbər verir ki, o, mərhum rejissor, prodüser Oqtay Əliyevin həyat yoldaşı, əməkdar artist Dilarə Əliyeva ilə arxiv görüntülərini yayımlayıb.
 
Müğənni paylaşımında "Dilarə, Allah sənə səbr versin. Biz də balaca uşaq ikən anamızı avtomobil qəzasında itirmişdik. Bu, təsəlli edilməyəcək ağır faciədir", - deyə aktrisaya dəstəyini ifadə edib.
 
Xatrıladaq ki, əməkdar mədəniyyət işçisi, "SOY" prodakşının rəhbəri Oqtay Əliyev martın 22-i Abşeron rayonu, Saray yolunda avtomobili ilə hərəkət edərkən, idarəetməni itirib. Qəza nəticəsində o, vəfat edib, aktrisa Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki xəsarət alıblar.
Qeyd edək ki, hazırda Mehriban Zəki xəstəxanada müalicə alır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.