Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nadir Adilov: “Nazirlər Kabinetinin mediasiya ilə bağlı qərarı icra edilir”

Nadir Adilov: “Nazirlər Kabinetinin mediasiya ilə bağlı qərarı icra edilir”

Nadir Adilov: “Nazirlər Kabinetinin mediasiya ilə bağlı qərarı icra edilir”
2023-05-25 , 22:13

“Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın tələbləri icra edilir”


Bu barədə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib. 

O qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın tələblərinə görə aztəminatlı ailələrin mediasiya xərcləri  dövlət vəsaiti hesabına ödənilir. 

Onun sözlərinə görə, 2023-cü ilin ilk 5 ayında aztəminatlı ailələrə dövlət büdcəsi hesabına ödənilən mediasiya xərcləri  2619.20 AZN (iki min altı yüz on doqquz manat 20 qəpik) məbləğində təşkil edib:

“Ödənilən vəsait 2023-cü ilin yanvar-may ayları ərzində rəsmi işsiz və ya işaxtaran, habelə ünvanlı dövlət sosial yardımı alan 52 nəfərə şamil edilib”. 

N.Adilov deyib ki, aztəminatlı ailələrin mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanında nəzərdə tutulub.

N.Adilov 2022-ci ilin statistikasına da toxunaraq qeyd edib ki, 2022-ci ilin noyabr-dekabr ayları ərzində də qeyd olunan kateqoriya üzrə ilkin mediasiya sessiyasında iştirak edən aztəminatlı vətəndaşların mediasiya xərclərinin ödənilməsi həyata keçirilib:

“Belə ki, 2022-ci ildə dövlət məşğulluq orqanlarından işsiz və ya işaxtaran kimi qeydiyyatdan keçmiş 32 nəfər vətəndaş mediasiya xidmətlərinə müraciət edib ki, bununla da qanunvericiliyin tələblərinə müvafiq olaraq 1600.00 AZN (bir min altı yüz manat 00 qəpik) məbləğində vəsait həmin şəxslərin mediasiya xərclərinin ödənilməsi məqsədi ilə mediasiya təşkilatlarının hesabına Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən ödənilib. 

Bundan sonra da Fərmanda və Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulan tələblər Qanunvericiliyin tələblərinə uyğun olaraq icra ediləcək və mütəmadi olaraq cəmiyyətə bu barədə açıqlamalar veriləcək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.