Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mirələmovun offşorda şirkəti üzə çıxdı, Ruslan İzzətli MSK-ya sorğu göndərdi

Mirələmovun offşorda şirkəti üzə çıxdı, Ruslan İzzətli MSK-ya sorğu göndərdi

Mirələmovun offşorda şirkəti üzə çıxdı, Ruslan İzzətli MSK-ya sorğu göndərdi
2020-01-06 , 12:39

Xətai rayon 33 saylı birinci seçki dairəsindən yenidən deputatlığa namizəd olan Hüseynbala Mirələmov 16 ildir ki, Panamada offşor şirkət idarə edir...

Bu barədə məlumat jurnalist Cavanşir Həsənlinin araşdırması nəticəsində üzə çıxıb.

Jurnalistin sözlərinə görə, 75 yaşlı Yeni Azərbaycan Partiyasının Xətai rayon şöbəsinin sədri, millət vəkili Hüseynbala Mirələmov direktoru və xəzinədarı olduğu RİMBA S.A. şirkəti 2004-cü il fevralın 20-də Panamada 448783 saylı lisenziya ilə qeydiyyatdan keçib.

Şirkət tipi anonim cəmiyyətdir, statusu aktivdir. 2018-ci ildən isə Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun da adı direktorlar şurasına daxil edilib.

H.Mirələmov da mətbuata açıqlamasında faktı inkar etməyib.

Məsələ ilə bağlı Hərəkət Seçki Blokunun Xətai rayonu 33 saylı birinci seçki dairəsindən deputatlığa namizədi, D18 Hərəkatının sədri Ruslan İzzətli Mərkəzi Seçki Komissiyasına iki sorğu göndərib.

Sorğunun birində 2005, 2010 və 2015-ci il parlament seçkilərində millət vəkili seçilən Hüseynbala Mirələmovun gəlirləri və mülkləri haqqında MSK-ya məlumat verib-vermədiyi soruşulur.

Digər sorğuda isə göstərilib ki, H.Mirələmov 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkar parlament seçkilərində yenidən YAP-ın namizədidir.

Buna görə də, H.Mirələmovun namizəd olaraq gəlirləri və mülkləri haqqında verdiyi informasiyada Panamada yerləşən şirkətini göstərib-göstərmədiyi maraq doğurur.

R.İzzətli qeyd edib ki, qanuna görə, MSK sorğuya 7 iş günü ərzində cavab verməlidir.

arqument.az

XalqXeber.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.