Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qənirə Paşayeva ilə vida mərasimi keçirilir - FOTOLAR

Qənirə Paşayeva ilə vida mərasimi keçirilir - FOTOLAR

Qənirə Paşayeva ilə vida mərasimi keçirilir - FOTOLAR
2023-09-29 , 11:27

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva ötən gün axşam saatlarında müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib. 
 
Yenilik.az xəbər verir ki, millət vəkili ilə vida mərasimi başlayıb. Heydər məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, dostları və digər şəxslər iştirak edirlər.
 
Q.Paşayeva saat 11-də İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
 
Qeyd edək ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
 
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinikanın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.(qafqazinfo)






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.