Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » ELMAR MƏMMƏDYAROVUN OĞLU ABŞ-DA 2 MİLYON DOLLARA EV ALDI-VİDEO

ELMAR MƏMMƏDYAROVUN OĞLU ABŞ-DA 2 MİLYON DOLLARA EV ALDI-VİDEO

ELMAR MƏMMƏDYAROVUN OĞLU ABŞ-DA 2 MİLYON DOLLARA EV ALDI-VİDEO
2020-05-24 , 16:51

"Xarici işlər naziri Elman Məmmədyarovun 31 yaşlı oğlu Emin Məmmədyarov 2015-ci ilin iyulunda Nyu-Yorkun Manhetten səmtində, Linkoln meydanı yaxınlığında sahəsi 118,45 kvadrat metr (1275 kvadrat fut) olan mənzil alıb. Bunun üçün o mənzilə 2 050 000.00 dollar ödəyib". 

AzPolitika.info xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli öz "facebook" səhifəsindən paylaşdığı yazıda məlumat verib.
Mənzilin alınmasına dair sənədləri və yerləşdiyi binanın şəkillərini də paylaşan jurnalist daha sonra qeyd edib:
"Mənzil Nyu Yorkun Riverside Boulevard 120 ünvanındakı elitar binadadır və nazirin oğluna Fox Ledge LLC və Silver Fox Manhatten LLC əmlak şirkətləri tərəfindən satılıb. Mənzilin 2009-cu ildə dəyəri 1 792 000.00 dollar olub.
Elmar Məmmədyarovun digər oğlu Riyad Məmmədyarov da Nyu-Yorkda, 189 W 89th St #12D ünvanındakı göydələnlərin birində yaşayır. 
Nazirin xanımı Kamilə Məmmədyarova da ilin əsas hissəsini ABŞ-da oğlanlarının yanında keçirir və Riyad Məmmədyarovun yaşadığı mənzildə müvəqqəti qeydiyyatdadır".
Qeyd edək ki, bu yay Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun Nyu-York şəhərində toyu olub. Riyad Məmmədyarov Aleks Zapalla adlı əcnəbi xanımla ailə həyatı qurub.
Onu da qeyd edək ki, Elman Məmmədyarovun oğlanlarının hansısa bizneslə məşğul olduğuna dair məlumat yoxdur. 
Bu baxımdan onların Nyu-Yorkun Manhetten səmtində hər birinin dəyəri 2 milyondan artıq olan evləri necə aldıqları sualı açıq qalır. Hər halda Elman Məmmədyarovun nazir kimi maaşı da buna imkan vermir. Hətta Tağı Əhmədov kimi 40 il yeməyib,içməyib maaşını yığsa belə...AzPolitika.info


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.