Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ucarda nəhəng gürzə ilanı öldürüldü

Ucarda nəhəng gürzə ilanı öldürüldü

Ucarda nəhəng gürzə ilanı öldürüldü
2020-05-27 , 17:43

Ucar rayonunun Yuxarı Şilyan kəndinin sakinləri Küdürü adlanan ərazidə nəhəng gürzə ilanı öldürüblər.


APA xəbər verir ki, ilanın uzunluğu təxminən 2 metr olub.

Bildirilir ki, Küdürüdə (quraq ərazi) gürzə ilanlarının bir neçə növü yaşayır. Sovetlər dönəmində bu ərazi ilantutanların sevimli məkanı olub. Hətta Yuxarı Şilyan kənd sakinlərinin bəziləri xidmət haqqı almaqla, gürzə ilanlarını ovlayırlarmış. Bu, gürzə ilanlarının sayının kəskin artmasının qarşısını alırmış. Lakin sonradan ilançılıq sovxozlarının dağılması vəziyyəti dəyişib. Hazırda ərazidə ilanların sayının artdığı bildirilir.

Qeyd edək ki, gürzə ilanları əsasən dovşan balaları və müxtəlif gəmiricilərlə qidalanır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.