Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Best beef” kolbasasından görün nə çıxdı – Foto

"Best beef” kolbasasından görün nə çıxdı – Foto

"Best beef” kolbasasından görün nə çıxdı – Foto
2020-06-01 , 19:31

Bakıda mağazadan evinə “Best beef” firmasına aid servelat kolbasası alan istehlakçı peşman olub. Ailəsinə və uşaqlarına bu firmanın məhsulunu dadızdırmaq üçün kolbasanı doğrayan müştəri içindən yad cisim çıxdığına şahid olub. Bu barədə Reportyor.info-ya göndərilən foto və video faktdan görünür. Kolbasanın içindən qəribə yad maddə çıxıb və yeyilməz bir halda olduğu görünüb. Qeyd edək ki, “Best beef” firmasının kolbasa və sosislərindən ilk dəfə şikayət edilmir. Bundan qabaq da şirkətin kolbasasından tük çıxmışdı. Bir neçə müddət əvvəl isə halal sertifikatı ilə bazara çıxan məhsulların halal olmadığı, donuz piyi qatıldığı rəsmi qurum tərəfindən aşkarlanmışdı. Ehtiram və Malik qardaşları tərəfindən idarə edilən şirkətin qeyri-rəsmi himayəçisi Qafqazın Şeyxi Allahşükür Paşazadə olduğu iddia edilir.


REPORTYOR.info

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.