Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Murad Arifə yüksək vəzifə verildi

Murad Arifə yüksək vəzifə verildi

Murad Arifə yüksək vəzifə verildi
2020-06-02 , 10:48

Bəstəkar-müğənni Murad Arifə yüksək vəzifə verilib.


Axşam.az saytında sənətçinin “MTV Azərbaycan” telekanalının musiqi depertamentinin direktoru vəzifəsinə təyin edildiyi barədə məlumat dərc olunub.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı M.Ariflə əlaqə saxlayıb.

“Sözügedən kanalın musiqi direktoru vəzifəsini icra etmək üçün təklif almışam. Yaxın zamanda məsələ ilə bağlı mediaya geniş açıqlama verəcəyəm”.

O, həmçinin, “YouTube”da məşhurlaşmış “Popumuz var” layihəsinin “İctimai Televiziya”da yayımlanacağını bildirib:

“Bu layihəm iyun ayından “İctimai Televiziya”da efirə çıxacaq. İlk qonağım isə Xalq artisti Aygün Kazımova olacaq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.