Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Keçmiş məmur qızı vətəndaşı küçə söyüşləri ilə təhqir etdi

Keçmiş məmur qızı vətəndaşı küçə söyüşləri ilə təhqir etdi

Keçmiş məmur qızı vətəndaşı küçə söyüşləri ilə təhqir etdi
2020-06-02 , 16:23

Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi, Qüdrət Şükürovun qızı Aysel Şükürova vətəndaşı təhqir edib. 

Yenilik.az xəbər verir ki, bu barədə ictimi fəal Bəxtiyar Hacıyev bildirib. Onun sözlərinə görə, təhqirə məruz qalan vətəndaş sosial şəbəkədə yazıb ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Qüdrət Şükürov barəsində cinayət işinin başlanıb. Bundan sonra Aysel Şükürova həmin şəxsi küçə söyüşləri ilə təhqir edib. 
“Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi, mini oliqarx Qüdrət Şükürovun qızı Aysel Şükürova bir vətəndaşın atası haqqında Korrupsiyaya Qarşı Mübarizə idarəsində cinayət işi açılması barədə yazmasından sonra o vətəndaşa yazdıqları təhqir, söyüş dolu mesajlar. Bu qızın o gənc oğlana yazdığı söyüşləri indiyə qədər ən axmaq adamın leksikonunda da görməmişəm”, - deyə Bəxtiyar Hacıyev qeyd edib.
O bildirib ki, Qüdrət Şükürovun qızı həmin vətəndaşın ev telefonunun nömrəsini də sosial şəbəkədə paylaşıb.
“Məmur qızı vətəndaşa onlarla belə mesajlar yazıb, 1.1 milyon izləyicisi olan instagram səhifəsində vətəndaşın ev telefonunu paylaşıb, mənəvi terrora məruz qoyur.
Bu hələ xırda bir lift idarəsinin rəhbərinin qızıdır. Xalqın haqqını yeyib, lüks həyat yaşayıb, vətəndaşı bu şəkildə təhqir edirlər. Bu məmur övladlarının tərbiyəsizcə sıravi vətəndaşları təhqir etməsi neçənci haldır? Biri maşınla avtoşluq edib, vətəndaşı əzir, öldürür. Biri vətəndaşa söyür, digəri atasının yanında metroda işə düzəlib "kəndçilərsiniz" deyir. Daha nə qədər dözmək olar? Bu da bunların səviyyələri, tərbiyələri”, - deyə ictimai fəal vurğulayıb.
Qüdrət Şükürov hələ vəzifədə olarkən qızına 400 min manatlıq toy etməsi ilə gündəmə gəlmişdi.
Bəxtiyar Hacıyev Aysel Şükürovanın təhqir dolu mesajlarının fotosunu da paylaşıb. Həmin mesajlar söyüşlərdən ibarət olduğu üçün təqdim etmirik. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.