Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda sabiq vəzifəli şəxs həbs edildi - SON DƏQİQƏ

Azərbaycanda sabiq vəzifəli şəxs həbs edildi - SON DƏQİQƏ

Azərbaycanda sabiq vəzifəli şəxs həbs edildi - SON DƏQİQƏ
2024-09-17 , 16:11

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev həbs edilib.

 
Yenilik.az-ın "Report"a istinadən məlumatına görə, İ. Mustafayev xüsusilə külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilir.
 
Ona Cinayət Məcəlləsinin 179.4-cü və 308-ci maddələri ilə ittiham verilib.
 
Onun barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, bir neçə gün qabaq Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlaması aparıb və çatışmazlıqlar aşkar olunub. Onunla bağlı toplanmış materiallar Baş Prokurorluğu göndərilmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.