Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İcra başçısı koronavirusa yoluxub? - AÇIQLAMA

İcra başçısı koronavirusa yoluxub? - AÇIQLAMA

İcra başçısı koronavirusa yoluxub? - AÇIQLAMA
2020-07-06 , 00:07

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin koronavirus testindən keçməsi ilə bağlı açıqlaması sosial şəbəkələrdə gülüş doğurub.

 
Pravda.az xəbər verir ki, savadsızlığını nümayiş etdirmək fürsətini əldən verməyən icra başçısı testinin müsbət çıxdığını və bu səbəbdən işinin başına döndüyünü vurğulayıb.
 
Görünür, Əhəd Abıyev xəstəliyin aşkarlanmaması ilə testin pozitiv çıxması arasındakı əlaqəni itirib. “Savaş”

Daşkəsən Icra Hakimiyyəti məsələyə aydınlıq gətirib:

Əsasən “YeniSabah.az” və “Pia.az” saytlarında və müxtəlif saytlarda və sosial şəbəkələrdə yayılmış Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev koronavirus testindən keçərkən nəticəsinin guya “müsbət” çıxması sözü testdən sağlam çıxdığım üçün   təkzib verilərək neqativ çıxıb sözləri ilə əvəz olunsun. 
Hesab edirəm ki, hər bir vətəndaş kimi İcra hakimiyyətlərinin başçıları da səhhətləri ilə bağlı karantin rejiminin tələblərinə uyğun olaraq həftədə bir dəfə test müayinəsindən keçsinlər

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.