Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Daşkəsən RİH-dən Əhəd Abıyevlə bağlı AÇIQLAMA

Daşkəsən RİH-dən Əhəd Abıyevlə bağlı AÇIQLAMA

Daşkəsən RİH-dən Əhəd Abıyevlə bağlı AÇIQLAMA
2020-07-06 , 13:31

"Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin koronavirusa yoluxması barədə yayılan məlumatların heç bir əsası yoxdur".

 
Pravda.az-ın xəbərinə görə, bunu icra başçısının köməkçisi Yaşar Rzalı bildirib. Onun sözlərinə görə, İcra hakimiyyətinin aparatı hər həftə testdən keçir.
 
"İcra hakimiyyətində nə inzibati, nə də texniki işçilər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb. Aparat nümayəndələri - icra başçısı, müavinləri, köməkçilər hər həftə testdən keçirlər. Hazırda virusun yayılma təhlükəsi ilə əlaqədar olaraq heç bir tədbir də keçirilmir".
 
Y.Rzalı icra başçısının hazırda iş başında olduğunu qeyd edib.
 
Xatırladaq ki, Əhəd Abıyevin koronavirus testinin pozitiv çıxdığı. Cavabı yanlış anladığı üçün iclasa qatılması barədə məlumat yayılıb.Bakupost

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.