Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “TƏBİB ləğv olunmalıdır”

“TƏBİB ləğv olunmalıdır”

“TƏBİB ləğv olunmalıdır”
2020-07-10 , 07:53

“Dövlətin keçirdiyi koronavirus testləri ödənişsizdir. Buna görə vətəndaşdan kimsə pul ala bilməz”.

 
Bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
 
S.Cəlaloğlu TƏBİB-lə bağlı məsələyə də münasibət bildirib: “İkili idarəetmə yolverilməzdir. TƏBİB-in yaradılmasına ehtiyac yox idi. Bunu kim və niyə yaratdı, deyə bilmərəm...O qurum ləğv edilməlidir. Məlum olur ki, koronavirus testləri TƏBİB-in rəhbəri Ramin Bayramlının xəstəxanasında verilir. Guya pandemiya ilə mübarizə aparır, iki gündən bir çıxır yastı-yastı deyir ki, belə edin, elə edin... Özü də vətəndaşın dərisini soyur, xeyir ola? Sən doğrudan da koronavirusa qarşı mübarizə aparırsansa, testləri niyə pulsuz etmirsən? Deyirlər ki, TƏBİB yarandıqdan sonra səhiyyə sistemində böyük dəyişiklik olub. Nə dəyişiklik olub? Əlavə alver yeri əmələ gəlib... Lap deyək ki, könüllü testdən keçmək istəyirəm, niyə ödəniş etməliyəm. Mən özümü ona görə yoxladıram ki, əgər yoluxmuşamsa, yayılmasın, vaxtında qarşısı alınsın. Kimə lazımdır belə institut? Koronavirus testi 6-7 dollardır, lap deyək ki, Azərbaycana gəldikdə 10 dollar olur. Siz bunu necə 100 manat edə bilərsiniz? Bu, möhtəkirlikdir, Baş Prokurorluq araşdırma aparmalıdır, cinayət işi qaldırılmalıdır. Yaranmış vəziyyətdən sui-istifadə etmək olmaz. Səhiyyə Nazirliyinin işi gücləndirilməlidir, rəhbərliyə xalqa, millətə bağlı olan, sərxoş olmayan insanlar gətirilməlidir...”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.