Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Azərbaycan dövləti həyata keçirdiyi tədbirlərlə bir nümunə ortaya qoydu” AÇIQLAMA

“Azərbaycan dövləti həyata keçirdiyi tədbirlərlə bir nümunə ortaya qoydu” AÇIQLAMA

“Azərbaycan dövləti həyata keçirdiyi tədbirlərlə bir nümunə ortaya qoydu” AÇIQLAMA
2020-07-10 , 15:49

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən gün yerli televiziya kanallarına müsahibəsində ölkədəki hazırkı vəziyyəti, koronavirusla mübarizə sahəsində görülən işləri, Azərbaycanın daxili və xarici siyasət məsələləri ilə bağlı geniş danışmış, bir çox prinsipial məsələlərə dair qəti mövqeyini ifadə etmişdir. Bütün görülən işlər, verilən qərarlar onu göstərir ki, Azərbaycan dövləti koronavirus təhlükəsi ilə mübarizədə aktivdir". SİA-nın verdiyi məlumata görə, bu fikirləri Olaylar.az-a SƏS Media Qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ölkəmizdə koronavirus təhlükəsi ilə bağlı məsələnin tam nəzarətdə olduğunu deyən Baş redaktorun sözlərinə görə, Azərbaycandan fərqli olaraq, digər dövlətlərdə koronavirus problemi daha həyəcanla qarşılandı və ajiotaj səviyyəsinə qaldırıldı: "Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı görülən genişmiqyaslı tədbirlərin əsas məğzini əhalinin sağlamlığının qayğısına qalmaq, qlobal pandemiyadan az itki ilə çıxmaq təşkil edir. Dövlətimiz vətəndaşların rifah halının yaxşılaşdırılması, eləcə də ölkə iqtisadiyyatının sabitliyini təmin etmək üçün bütün imkanlardan istifadə edir. Hazırda koronavirusun ikinci dalğasını yaşamaqdayıq. İkinci dalğanın irəlidə necə davam edəcəyi sosial məsuliyyətdən asılıdır. Koronavirusa yoluxma ilə bağlı son statistikalar ürəkaçan deyil və bu vəziyyət bizi narahat olmağa vadar edir. Nəzarət də, virusa qarşı narahatlıq da davamlı olmalıdır. Pandemiya elan edildikdən sonra qısa müddətdə ölkə rəhbərliyi tərəfindən atılan addımlar bu gün olan müsbət nəticələrin təməli oldu. Sözsüz ki, dövlətin təhlükəsizlik tədbirlərinə daxil olan xüsusi karantin rejimi bir çox sahədə bizim gündəlik həyat vərdişlərimizi və fəaliyyətlərimizi məhdudlaşdırdı. Amma nəticədə biz bu gün böyük faciələrdən ilkin mərhələdə qoruna bildik".
Ölkəmizdə formalaşan müasir səhiyyə sisteminin koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verdiyini deyən B. Quliyev qeyd edib ki, yeni xəstəxanaların tikintisi, maska zavodunun fəaliyyətə başlaması, modul tipli xəstəxana komplekslərinin açılışı bunun bariz göstəricisidir: "Azərbaycanda formalaşdırılmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri görməyə imkan verir. Ötən gün Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan daha bir modul tipli hospitalının açılışı oldu. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etdilər. Hospital 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır. Çevik, vaxtında verilmiş qərarlar, yeni növ koronavirus (COVID -19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, xəstəxanaların ən müasir tibbi avadanlıqlarla təchiz olunması ölkəmiz üçün çox böyük təhlükə olan bu infeksiyanın geniş yayılmasının qarşısını almağa xidmət edir. Lakin görülən bütün təxirəsalınmaz tədbirlərlə yanaşı, hər bir vətəndaşımız daha məsuliyyətli olmalıdır. Unutmamalıdır ki, COVID-19 sərhəd tanımır. Əgər vətəndaşlarımız təlimatlara tam əməl edərlərsə, həyata keçirilən tədbirlərə dəstək olarlarsa, təkcə özlərinin deyil, ailəsinin, doğmalarının səhhətini qorumuş olar, ən başlıcası, dünyada böyük problemə çevrilən qlobal pandemiyanın ölkəmizdə yayılmasının qarşısı alınar. COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Şübhəsiz ki, indi hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxartmağa çalışır. Azərbaycanda da koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə həyata keçirildi. Bu baxımdan, Azərbaycan dövlət başçısının uğurlarını Ümumdünya Səhiyyə Təşkilatı da yüksək qiymətləndirir".
Qurum rəhbəri bildirib ki, cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində həmçinin iqtisadi göstəricilərə toxunaraq vurğulayıb ki, iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunur: "Həqiqətən də koronovirus pandemiyasının yaratdığı bütün çətinliklərə baxmayaraq Azərbaycanda nəzərdə tutulan sosial layihələr uğurla həyata keçirilir. Azərbaycanda sosial-iqtisadi inkişafın dinamikası kifayət qədər münbit əsaslara söykənib və bu dinamika hətta koronavirus pandemiyası dövründə özünü qoruyub-saxlamaqdadır. Azərbaycanda həyata keçirilən sosial izolyasiya tədbirlərinin yaratdığı zərurət əsasında insanların evdə qalması nəticəsində müəyyən sosial problemlərin yaranması təbii hal idi. Dövlət hər zaman olduğu kimi, bu dəfə də ən çətin məqamda vətəndaşını darda qoymaraq müxtəlif birdəfəlik yardımlar, eləcə də sahibkarlıq subyektlərinin dəstək proqramları ilə pandemiya ilə mübarizədə ən operativ və adekvat qərar qəbul edən ölkələrdən biri olduğunu sübut etdi. Bir sözlə, dünya üçün böyük təhlükəyə çevrilən və qarşısının alınması üçün milyardlarla vəsait xərclənən koronavirusla mübarizədə Azərbaycan dövləti həyata keçirdiyi tədbirlərlə bir nümunə ortaya qoydu".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.