Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azercell “e-Təbib” mobil tətbiqini yükləyən hər kəsə 100MB hədiyyə təqdim edir

Azercell “e-Təbib” mobil tətbiqini yükləyən hər kəsə 100MB hədiyyə təqdim edir

Azercell “e-Təbib” mobil tətbiqini yükləyən hər kəsə 100MB hədiyyə təqdim edir
2020-07-12 , 17:59

Azercell insanların koronavirusa yoluxma riskinin azaldılması məqsədi daşıyan “e-Təbib” mobil tətbiqini yükləyən abunəçilərinə hədiyyə qazandırır. Belə ki, “e-Təbib” mobil tətbiqini yükləyib qeydiyyatdan keçən bütün Azercell abunəçilərinə 100 MB internet hədiyyə olunur. 

100 MB internet 24 saat ərzində avtomatik qaydada abunəçinin balansına əlavə edilir. Paketdən istifadə müddəti 30 gündür və yalnız bir dəfə təqdim olunur. İnternet hədiyyəsi istisnasız olaraq bütün fakturalı və fakturasız xətt Azercell abunəçiləri üçün nəzərdə tutulub. 
 
Qeyd edək ki, “e-Təbib” tez-tez verilən suallara cavabları və profilaktik tədbirlər haqqında məlumatları təqdim edən, ictimai yerlərdə olarkən ətrafdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdarlıq edən tətbiqdir. Həmçinin, təsadüfən infeksiya daşıyıcısı ilə təmas olduğu halda istifadəçiyə bildiriş göndərilir. Qeydiyyat üçün “e-Təbib” tətbiqini yükləyib daxil olduqdan sonra tətbiqin “Digər” bölümündə yerləşən “Şəxsi kabinetə” keçərək şəxsiyyət vəsiqəsinin FIN kodunu və digər tələb olunan əlavə məlumatları daxil etmək lazımdır. Daha ətraflı bilgi üçün  https://www.azercell.com/az/personal/services/partner_services/e_tabib/ ünvanına müraciət etmək mümkündur. 
 
Qeyd edək ki, bu, “Azercell Telekom” MMC-nin COVID-19 pandemiyası ilə mübarizədə ilk dəstək layihəsi deyil. Şirkət infeksiyanın yayıldığı gündən etibarən korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bir çox sosial layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.