Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » SON DƏQİQƏ: Ermənistan vahimədə-Berd şəhərindən əhali evakuasiya olunur

SON DƏQİQƏ: Ermənistan vahimədə-Berd şəhərindən əhali evakuasiya olunur

SON DƏQİQƏ: Ermənistan vahimədə-Berd şəhərindən əhali evakuasiya olunur
2020-07-14 , 17:10

Azərbaycanın Ermənistanla sərhədində silahlı qarşıdurmanın getdikcə daha da şiddətlənməsi müşahidə olunur.

Virtualaz.org-un məlumatına görə, Azərbaycanla sərhəddəki Tavuş vilayətinin Berd şəhərində dinc sakinlər arasında panika hökm sürür. Hakimiyyətdəkilər mülki şəxslərin, xüsusən qadın və uşaqların təxliyəsinə başlayıb.
Mülki əhali bomba sığınacaqlarına təxliyə edilib. Panika Azərbaycan mövqelərindən davamlı artilleriya atəşi fonunda artır.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti erməni ictimaiyyətinin nəzərinə çatdırır ki, Azərbaycan Ordusunun hərbi hissələri Ermənistan silahlı qüvvələrinin bölmələrinə hücum edir. Azərbaycan tərəfi mülki əhalini artilleriya hücumunun obyekti hesab etmir. Söhbət işğalçı Ermənistan ordusunun növbəti təxribatlarının qarşısını almaq üçün önləyici hərbi-taktiki tədbirlərdən gedir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.