Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Beta” çayı ilə bağlı ŞOK

“Beta” çayı ilə bağlı ŞOK

“Beta” çayı ilə bağlı ŞOK
2020-01-12 , 15:13

Sosial şəbəkələrdə “Beta Azərbaycan” şirkətinə məxsus “Beta TEA” birdəfəlik qara çayları ilə bağlı video yayılıb.


KONKRET.az xəbər verir ki, videoda paketdən açılan çayın içərisində ağ rəngli həblərin olduğu görüntülənib. Qeyd edək ki, sosial şəbəkələrdə buna bənzər videolar ayrı-ayrı insanlar tərəfindən çəkilərək yayılıb. Həblərlə bağlı videoda müxtəlif iddialar səsləndirilib.

Başqa bir brend çayla müqayisəli təqdim edilən görüntülər antireklam təsiri bağışlasa da, bu faktın ciddi araşdırılmasına ehtiyac var. İnsanlar arasında çaşqınlıq yaradan həmin görüntüləri tanınmış müğənnilər də paylaşıb.

Məsələ ilə bağlı şirkətin mövqeyini dərc etməyə hazırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.