Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Bakcell” Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq

“Bakcell” Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq

“Bakcell” Qarabağda ən sürətli mobil şəbəkə quraşdıracaq
2020-10-23 , 21:30

“Bakcell” şirkəti özünün yüksəkkeyfiyyətli və ən sürətli mobil şəbəkəsini işğaldan azad olunmuş torpaqlarımıza doğru genişləndirəcək.

Torpaqlarımızın düşməndən təmizlənməsinin ardınca “Bakcell” böyük qürur hissi ilə Azərbaycan Respublikasının bütün ərazisində üstün müştəri təcrübəsi və ən yüksəkkeyfiyyətli mobil rabitə xidmətləri göstərməyə davam edəcək. Müvafiq dövlət qurumları ilə razılaşdırmaqla “Bakcell” işğaldan azad olunmuş ərazilərdə dayanıqlı mobil rabitə infrastrukturunun qurulmasına başlayacaq.
Bu günlərdə “Bakcell” cəbhəyanı zonalar daxil olmaqla bütün ölkə ərazisində yüksəkkeyfiyyətli mobil rabitəni təmin etmək üçün şəbəkənin optimallaşdırılmasını və 24 saat ərzində nəzarət işlərini həyata keçirir. Hazırda cəbhəyanı ərazilərdə fəaliyyət göstərən səyyar baza stansiyaları sayəsində “Bakcell” burada kəsintisiz mobil rabitə xidməti göstərir.
Bütün sahələrdə Ordumuza və xalqımıza dəstək olan “Bakcell” şirkəti cəbhədə Ermənistanın təcavüzünün qarşısının alınması və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə irəliləyən Ordumuza dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 500 min manat məbləğində vəsait köçürüb, digər sosial məsuliyyət layihələrinin icrasına başlayıb.
Xatırladaq ki, 2017-ci ildə şirkət Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq orada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə yeni baza stansiyası qurulub. Daha sonra “Bakcell” şirkəti Cocuq Mərcanlı sakinləri üçün xüsusi tarif hazırlayıb.
Rəşadətli Ordumuzun zəfər xəbərlərini səbirsizliklə gözləyirik. Qarabağ Azərbaycandır!

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.