Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputat İqbal Məmmədovun oğlunun işi məhkəməyə göndərilib-Dövlətə olan vergi borcunu ödəmək istəmir

Deputat İqbal Məmmədovun oğlunun işi məhkəməyə göndərilib-Dövlətə olan vergi borcunu ödəmək istəmir

Deputat İqbal Məmmədovun oğlunun işi məhkəməyə göndərilib-Dövlətə olan vergi borcunu ödəmək istəmir
2020-01-13 , 15:05

Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində dövlət məmurlarının döyülməsinə görə həbs edilən deputat İqbal Məmmədovun oğlu daxil olmaqla, digər yaxın qohumlarının istintaqı başa çatıb. Onlinepress.az məlumatlı mənbələrə istinadən xəbər verir ki, millət vəkilinin qohumlarının işi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Məlumatlı mənbənin iddiasına görə, İqbal Məmmədov hələ də dövlətə borclu olduğu 10 milyon manata yaxın vergi borcunu ödəmək istəmir. O, məhkəmənin ictimai diqqətdən və mediadan kənar keçirilməsinə çalışır. İddialara görə, İqbal Məmmədov yaxın ətrafına “uşaqları onsuzda məhkəmədən buraxdıracam. Deputatlığa namizəd oldum, məhkəmə artıq hər şeyi anlayır” deyib.

Qeyd edək ki, avqustun 16-da “Relax” istirahət mərkəzində nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.

Həmin faktla bağlı cinayət işi başlanıb.

İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri – Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onlinepress.az

XalqXeber.Az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.