Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Əli Həsənovun niyyəti rəhbərliyi asılı vəziyyətdə saxlamaqdan ibarət olub"

"Əli Həsənovun niyyəti rəhbərliyi asılı vəziyyətdə saxlamaqdan ibarət olub"

"Əli Həsənovun niyyəti rəhbərliyi asılı vəziyyətdə saxlamaqdan ibarət olub"
2020-08-02 , 18:35

"Azərbaycan mətbuatı çox çətin durumdadır. Prezidentin keçmiş köməkçisi Əli Həsənov mətbuatı elə kökə salmayıb ki, onu metastaz verən ağır xəstəlikdən tezliklə xilas etmək mümkün olsun. Onun bağışlanılmaz əməlləri sırasında jurnalistləri ələbaxımlığa alışdıraraq onları öz təsir dairəsinə salması hər zaman xatırlanacaq və xüsusi nifrətin hədəfindən heç vaxt yayınmayacaq".


Bunu ehtiyatda olan polkovnik Eldar Sabiroğlu deyib.

E.Sabiroğlu qeyd edib ki, bu yaramaz məxluqun xalqa etdiyi düşmənçiliyin tayı-bərabəri yoxdur: "Onun mətbuatı öz şəxsi maraqlarının əsirinə çevirməkdə məqsəd və niyyəti dövlət aparatında mövqeyini möhkəmləndirməklə yanaşı rəhbərliyi asılı vəziyyətdə saxlamaqdan ibarət olmuşdur. Bəzi mühacir TV-lərin başlatdığı antitəbliğatın baiskarı və səbəbkarı kimi də məhz Əli Həsənovun çirkin portreti göz önündən çəkilmir. O, həmişə cəmiyyət üzvləri arasında ziddiyyətlərin dərinləşməsində maraqlı olub və bu məsələdə mətbuatdan bir alət olaraq istifadə edib".(pravda)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.