Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Space” telekanalının yayımı dayandırılacaq

“Space” telekanalının yayımı dayandırılacaq

“Space” telekanalının yayımı dayandırılacaq
2020-08-04 , 19:44

Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.

MTRŞ-dan BAKU.WS-ə verilən məlumata görə, iclasda 20 – 31 iyul 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.
23 iyul 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 19.00 – 20.00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.
Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 10 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.