Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Niyə imkan vermirsiniz, insanlar evlərinə çörək aparsınlar” - VİDEO

“Niyə imkan vermirsiniz, insanlar evlərinə çörək aparsınlar” - VİDEO

“Niyə imkan vermirsiniz, insanlar evlərinə çörək aparsınlar” - VİDEO
2020-08-05 , 06:28

“SMS ləğv edilib, biz hara gedəcəyik? Qazanc yerimiz bağlıdırsa, küçəyə veyllənməyəmi gedəcəyik? SMS-lə icazə niyə tətbiq edilmişdi, niyə də qaldırıldı? Niyə yay vaxtı bizə çimərliyə getməyə icazə verilmirdi. Biz çimərliyə gedib, D vitamini qəbul edib, immunitetimizi qaldırıb, qışa sağlam çıxardıq. Çimərlikləri istifadəyə veriblər, amma iaşə obyektləri bağlıdır. Niyə imkan vermirsiniz ki, o restoranlar işləsin, insanlar qazanc əldə etsinlər, evlərinə çörək aparsınlar. Dövlətin iqtisadiyyatına niyə belə zərbə vurursunuz?”.

 
Bunu tanınmış aparıcı Kamran Həsənli deyib.
 
K.Həsənli qeyd edib ki, milyonlarla insan pulsuz-parasız qalıb: “Dövlət atadır, ata da çətin məqamda övladına yardımçı olmalıdır. İnsanlar heç olmazsa, kommunal ödənişlərdən azad olmalıdırlar. Qapı döyülür, işıq, qaz, su... kəsiləcək... Kağızın üzərinə “kəsiləcək” yazılır, heç karantindən əvvəl belə yazılmırdı. Kreditlərlə bağlı da insanları narahat edirlər. Biz karantin rejiminin əleyhinə deyilik, amma insanlara yardım edilməlidir. Belarusiyada karantin rejimi elan edilmədi, yəni restoranlar, turizm mərkəzləri, digər iaşə obyektləri fəaliyyətlərini davam etdirdilər. Orada koronavirusa yoluxanların sayı elə bizimki qədərdir. O zaman bu karantin rejimi nəyə lazım idi. Bizi böhran gözləyir...”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.