Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Pul yığırsınız, camaatın qabağını kəsib, cərimələyirsiniz"-VİDEO

"Pul yığırsınız, camaatın qabağını kəsib, cərimələyirsiniz"-VİDEO

"Pul yığırsınız, camaatın qabağını kəsib, cərimələyirsiniz"-VİDEO
2020-08-05 , 06:35

Müğənni Niyam Salami xüsusi karantin rejiminin tətbiq edilməsinə etiraz edib.

 
N.Salami deyib ki, çox ağır gündə yaşayırıq.
 
“Müharibə dövrü, qara çörək yediyimiz vaxtları xatırlayıram. O zaman Yasamalda kirayə qalırdım, kirayə pulunu verə bilirdim. İndi kirayə qalanlar pulu verə bilmir. Camaat acından ölür. Biz nə edək? Çimərliyə getməyə icazə veriblər, bu soyuqda kim çiməcək? Çimərliyə gedən sətəlcəm olacaq, immuniteti aşağı düşəcək... Dərdimizi kimə deyək? Deyirlər, Niyam az danış, tutub aparacaqlar. Məni niyə tutsunlar ki? Orada oturanlar nə iş görürsünüz? Pul yığırsınız, camaatın qabağını kəsib, cərimələyirsiniz...Öz qılıncımızla başımızı kəsirik. Bunun axırı necə olacaq? Bundan sonra toy olan da deyil, qarşıdan Məhərrəm ayı gəlir, ən ağır aydır...Müəyyən yerlər var ki, oraları açın, camaatın başı qarışsın. Mən əsəbimdən bilmirəm, nə edim, qalmışam avara...Özümü öldürüm? Məsləhət verin” – N.Salami qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.