Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Siyavuş Novruzovdan Təhsil Nazirliyinə tənqid: “Bunu etmək absurddur!”

Siyavuş Novruzovdan Təhsil Nazirliyinə tənqid: “Bunu etmək absurddur!”

Siyavuş Novruzovdan Təhsil Nazirliyinə tənqid: “Bunu etmək absurddur!”
2020-08-06 , 15:31

"Biz hər şeyi insan üçün yaradırıq. Əgər insana əziyyət verəcəyiksə, bunu niyə edirik?! Bina tikiləndə altında supermarket yaradırlar ki, vətəndaş əziyyət çəkməsin. Məsələn, turizm sahəsini götürək. Şahdağ bizim ən böyük turizm mərkəzimizdir. Bunu birləşdirib mərkəzi Xaçmaz rayonuna salıblar. Digər bölgəni isə Zərdaba. Zərdabda turizm var? Hesab edirəm ki, bu məsələ ilə bağlı Nazirlər Kabineti oturub qərar qəbul etməlidir. Rayonlar birləşməlidir. Bu gün 84 rayon birləşib 64 ola bilər. Düşünürəm ki, mərkəzləşmə yalnız bu halda ola bilər”.

Vətəninfo.az xəbər verir ki,, bunu Milli Məclisin növbədənkənar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bu gün insanlar üçün zəruri olan məsələləri həll edən qurumlar birləşdirilir:

"Müəllim Təhsil şöbəsinə getməlidir. Amma bunun üçün 70 km məsafə qət etməlidirlər. Bakının 3 rayonunu birləşdirməyi başa düşürük. Amma kənd rayonlarında bunu etmək absurddur. Məsələn, Qərb bölgəsində mərkəzləşdirmə ediblər. Qazaxdan Gəncəyə qədər insanlar bir qurum üçün kilometrlərlə yol qət edirlər. Hər rayonda bizim kifayət qədər məktəblərimiz var. Hər rayonun özünün Təhsil şöbəsi olmalıdır. Bu gün mərkəzləşmə etməyin nə mənası var?!”.

Siyavuş Novruzovun sözlərinə görə, özünü təmin etmək üçün rayonların strukturu olmalıdır: "Hesab edirəm ki, bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır. Dövlət strukturunda strateji baxımdan müzkairələrə ehtiyac var. Burada hansısa nazirliyin tənqidindən söhbət getmir. Bu gün kim nə cür struktur istəyir axşam fikirləşib səhər gəlir tətbiq etməyə”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.