Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Razi Nurullayev kimin təzyiq etdiyini açıqlamalıdır” – Deputat

“Razi Nurullayev kimin təzyiq etdiyini açıqlamalıdır” – Deputat

“Razi Nurullayev kimin təzyiq etdiyini açıqlamalıdır” – Deputat
2020-08-06 , 15:55

Milli Məclis deputatı Razi Nurullayev yenidən diqqəti öz üzərinə çəkib.

Yenisabah.az xəbər verir ki, millət vəkilinin TƏBİB və Operativ Qərargahı sərt şəkildə tənqid etməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Deputat bu çıxışına görə təzyiqlərlə üzləşdiyini, hətta sabaha sağ çıxa bilməmə ehtimalının olduğunu bildirir. Maraqlıdır, deputatlara kimlər təzyiq edə bilər? 
Millət vəkili Fəzail Ağamalı saytımıza açıqlamasında məsələ münasibət bildirib:
"Mənə təzyiq olunsa, bu haqda açıq şəkildə danışaram. Kimin necə təzyiq etdiyini deyərəm. Həmçinin onun nə dərəcədə qanuni olub-olmadığını da bildirərəm. Ona görə də özünə müraciət edin. Ona kimin təzyiq etdiyini Razi Nurullayev özü açıqlamalıdır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.