Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hafiz Hacıyev polisdən qaçdı, sürücülük hüququ məhdudlaşdırıldı

Hafiz Hacıyev polisdən qaçdı, sürücülük hüququ məhdudlaşdırıldı

Hafiz Hacıyev polisdən qaçdı, sürücülük hüququ məhdudlaşdırıldı
2020-08-06 , 16:09

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib.


Avtosfer.az-a istinadən məlumata görə, buna səbəb partiya sədrinin çoxsaylı ödənməmiş cərimələrinin olmasıdır. Eyni zamanda o, çoxsaylı qayda pozuntusuna yol verdiyi üçün cərimə ballarının sayı da sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olub.

Bu gün əməkdaşımız Hafiz Hacıyevin Azadlıq prospektində qayda pozuntusunun şahidi olub. Belə ki, yol polisi əməkdaşları ona "saxla" işarəsi versə də Hafiz Hacıyev tabesizlik göstərərək ərazidən uzaqlaşıb və maşını ofisinin qarşısında saxlayaraq gedib. Polis əməkdaşları ərazidə onun axtarışına başlasalar da tapa bilməyiblər.

Lakin partiya sədrinin sürücülük hüququ iyul ayının 27-də məhdudlaşdırılmasına baxmayaraq, o, hələ də avtomobil idarə edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.