Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 400 minlik toyu ilə gündəmə gələn Aysel boşanmağından DANIŞDI

400 minlik toyu ilə gündəmə gələn Aysel boşanmağından DANIŞDI

400 minlik toyu ilə gündəmə gələn Aysel boşanmağından DANIŞDI
2020-08-10 , 07:25

400 min manatlıq toy etməsi ilə gündəmə gələn Aysel Şükürova həyat yoldaşı Oqtay Əhmədovdan boşanması barədə danışıb.

Aysel Şükürova "Instagram"da həyat yoldaşından boşanmasına belə reaksiya göstərib:
"Əsəblərim yerində deyil, xahiş edirəm heç kim mənə heç nə yazmasın.
Onsuz da hər şeydən bezmişəm. Başımı işlərimlə qatıram. Üç oğlum var və onlar üçün yaşayıram. Nə qədər ömrüm qalıbsa, onlara vaxt ayıracam.
Daha polemikalara girməyəcəm. Özümdə deyiləm, müalicə alıram. 27 yaşım var və həyatda hər şeyi özüm edirəm və edəcəm..
Bu mənim şəxsi həyatımdır və heç kimin dədəsinə açıqlama verməyə borcum yoxdur. Necə istəyirəm, elə yaşayıram".
O, “Instagram”dakı 1,1 milyonluq profilindən əri ilə birgə olan bütün fotolarını silib.
Qeyd edək ki, A.Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Q.Şükürov haqda 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, blogerin birinci həyat yoldaşı Elşən Əsgərli ilə Nərimanov məhkəməsində çəkişmələri olmuşdu. İttihama görə, Elşən Əsgərli Oqtayı döymüşdü.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.