Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Operativ Qərargah cərimə olunmalıdır"-Qubad İbadoğlu

"Operativ Qərargah cərimə olunmalıdır"-Qubad İbadoğlu

"Operativ Qərargah cərimə olunmalıdır"-Qubad İbadoğlu
2020-08-16 , 10:44

"Nazirlər Kabinetinin Operativ Qərərgahı karantin qaydalarını pozduğuna görə cərimə olunmalıdır."

Bu barədə tanınmış iqtisadçı alim Qubad İbadoğlu sosial şəbəkədə qeyd edib. Onun yazdığına görə, "Nazirlər Kabinetinin Operativ Qərərgahı brifinqlərini açıq havada keçirməlidir. Hazırkı hava şəraiti buna tam imkan verir. Bunu etməməklə onlar özləri karantin qaydalarını pozmuş olurlar. Hesab edirəm ki, karantin qaydalarını pozduğuna görə Nazirlər Kabinetinin operativ qərərgahı və brifinqdə çıxış edənlər cərimə olunmalıdır.
Fotoya baxın görün, brifinqdə çıxış edənlər maska geyinirlərmi və ya karantin qaydalarını təbliğ edən jurnalistlər, operatorlar özləri sosial məsafə saxlayırlarmı?
Əgər özləri qaydalara əməl etmirlərsə, onda başqalarından bunu nə əsasla tələb edirlər. Nədən, hər yer açıldığı halda iri ticarət müəssisələri, bazarlar hələ də qapalıdır? Niyə insanlar sosial məsafə saxlamaqla açıq havada toy və yas keçirə bilməz, inancıl şəxslər açıq havada mərasimlər təşkil edə bilməz? Təəsüf ki, bugünkü brifinqdə bu suallar cavabsız qaldı."

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.