Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » Goranboyun "ən varlı adamı" kürəkənini deputat seçdirir - YAP-ın rəsmi namizədidir

Goranboyun "ən varlı adamı" kürəkənini deputat seçdirir - YAP-ın rəsmi namizədidir

Goranboyun "ən varlı adamı" kürəkənini deputat seçdirir - YAP-ın rəsmi namizədidir
2020-01-14 , 16:20

96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat seçilməyə 15 iddiaçı var. Hazırki deputat Mahir Aslanovun bu dairədən yenidən namizədliyini irəli sürməməsi növbədənkənar seçkilərdə kimin bu dairədən mandat alacağına marağı artırıb.

Mərkəızi Seçki Komissiyasının informasiya bazasına yerləşdirilən məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) bu dairədən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə rəisi Anar İlyas oğlu Məmmədovun namizədliyini irəli sürüb. BAXCP nümayəndəsi, jurnalist Əli Həziquliyev və Ümid Partiyasının yerli şöbəsinin sədri İmamverdi Verdiyev isə siyasi partiyalardan onun alternativləridir.

Başqa namizədlər özləri barədə məlumatlarda "təhsil işçisi, məmur, işsiz və fəhlə" oldularını qeyd ediblər.

Beləliklə, məlum olur ki, YAP bu dairədən "qurbanlıq" namizəd irəli sürməyib, Anar Məmmədovun millət vəkili seçilməsi üçün əmək sərf olunacaq. Bəs 1984-cü il təvəllüdlü Anar Məmmədovun hakim partiyanın real dəstəyini qazanmasının səbəbi nədir?

Apardığımız araşdırma zamanı məlum oldu ku, YAP-ın rəsmi namizədi Goranboyun ən varlı adamlarından biri kimi ad çıxarmış Qulam Ələkbərovun kürəkənidir. O, "Azəravtoyol" QSC-nin yerli şöbəsinin rəis müavini olsa da, Azərbaycanda və MDB məkanında böyük biznesə sahibdir. Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovla iş ortağı, "Azərbaycan Dəmiryolları QSC"-nin sədri Cavid Qurbanovla yaxın əlaqələrə malikdir.

İnternet resurslarında onun haqqında çoxsaylı tənqidi materiallar var.

AzPolitika.info

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.