Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » "Qızım əsl deputat olmağa layiqdir" — Xanhüseyn Kazımlı

"Qızım əsl deputat olmağa layiqdir" — Xanhüseyn Kazımlı

"Qızım əsl deputat olmağa layiqdir" — Xanhüseyn Kazımlı
2020-01-14 , 16:22

V çağırış Milli Məclisin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı sosial şəbəkələrdə qızı ilə bağlı yayılan müzakirələrə münasibət bildirib.


Demokrat.az xəbər verir ki, X.Kazımlı Unikal.org-a açıqlamasında qızının deputatlığa layiqli namizəd olduğunu bildirib:


"Mən deputatlığa namizədliyimi verməmişəm. Qızım Parlament seçkilərində iştirak etməklə bağlı qərar verdi. İnşallah yanvar ayının 17-si təbliğat prosesi başlayandan sonra özü mətbuata bu qərarı ilə bağlı açıqlama verəcək. Yazırlar ki, qızım bankda işləyir, bu məlumatlar doğru deyil. Özü universitetdə müəllimdir, namizədlik müdafiə edib. Qızımın biliyinə və savadına söz ola bilməz. Özü millət vəkili olmaq istəyir. Əsl deputat olmağa layiq şəxsdir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.