Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Kəramət Böyükçölün atasından AÇIQLAMA

Kəramət Böyükçölün atasından AÇIQLAMA

Kəramət Böyükçölün atasından AÇIQLAMA
2020-08-18 , 18:46

Xəbər verdiyimiz kimi, gənc yazar Kəramət Böyükçöl polis əməkdaşları tərəfindən saxlanılıb.

Hokm.az xəbər verir ki, konkret.az mövzu ilə bağlı Kəramətin atası, şair Qəşəm Nəcəfzadədən açıqlama alıb.
O, bundan xəbəri olmadığını deyib:
“Kəramətlə iki saat bundan əvvəl danışmışam. Sonra nə olduğunu bilmirəm. Özüm hazırda Bakıda deyiləm, Daşkəsəndən gəlirəm”.
“Facebook-da dünənki canlı yayımla bağlı xəbəriniz varmı?” sualına Qəşəm Nəcəfzadə belə cavab verib: “Qələt edib. O, ümumiyyətlə mənim sözümə baxmır”.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, hələlik deyiləsi hər hansı bir informasiya yoxdur, olan kimi ictimaiyyətə məlumat veriləcək.
K.Böyükçölün qonşuların şikayəti əsasında saxlanıldığına dair məlumatlar var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.