Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Xətai rayonundakı yeni layihə yol iştirakçılarının həyatı bahasına başa gəlir - VİDEO

Xətai rayonundakı yeni layihə yol iştirakçılarının həyatı bahasına başa gəlir - VİDEO

Xətai rayonundakı yeni layihə yol iştirakçılarının həyatı bahasına başa gəlir - VİDEO
2020-08-19 , 08:11

Bakı Nəqliyyat Agentliyi istədi göz düzəltsin, vurdu, qaşı da çıxardı. Xətai rayonunda bəzi yolların yenidən bərpasına dair elə bir layihə verilib ki, gəl görəsən. Gələn maşın gedənə dəyir, gedən də beton səddə çıxır. Yaranan vəziyyət həm sürücüləri, həm də yol kənarında yerləşən obyekt sahiblərini lap cana yığıb. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Baku.tv-yə bildirib ki, bu layihə beynəlxalq standartlara uyğundur və piyadaların normal hərəkətinə hesablanıb.
Görünən dağa nə bələdçi? Bu məsəl lap yerinə düşür. Layihənin nə dərəcədə uğurlu və ya uğursuz olmasının bariz nümunəsi gün ərzində həmin küçədə baş verən qəzaların sayıdır. Əgər piyadaların sağlamlığına hesablanan bu səkilərdə gün ərzində qəzalar baş verib, insanlar xəsarət alırsa... Biz deməyə söz tapmırıq...

OXU.AZ

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.