Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Elçibəyin ətrafındakı başsız qoçuların...” – Rəsul Quliyevdən sərt açıqlama

“Elçibəyin ətrafındakı başsız qoçuların...” – Rəsul Quliyevdən sərt açıqlama

“Elçibəyin ətrafındakı başsız qoçuların...” – Rəsul Quliyevdən sərt açıqlama
2020-08-19 , 08:29

“Ermənistan-Azərbaycan sərhədində baş vermiş son münaqişədə Türkiyə hökumətinin tutduğu pozisiya, ardınca Türkiyə Azərbaycan hərbiçilərinin birgə geniş masştablı manevrləri Azərbaycanın mövqeyini gücləndirdi və ermənilərə güclü xəbərdarlıq edildi”.

“Yeni Sabah” xəbər veriur ki, bunu Azərbaycanın eks-spikeeri Rəsul Quliyev sosial şəbəkədə yazıb. O, bildirib ki, Azərbaycanın bütün siyasətçilərinin Türkiyə-Azərbaycan münasibətlərinin hərbi sazişə çevrilməsi, ölkədə Türkiyə hərbi bazasının yaradılması tələbi qeyri ciddidir və reallıqdan uzaqdır: 
“Birincisi Tükiyə hərbi qüdrətinə görə NATO-nun, ən azı ABŞ-ın icazəsi olmadan başqa ölkələrdə hərbi baza yaratmaq imkanına malik deyildir. 
İkincisi azərbaycanlıların fəxrlə Osmanlı imperiyasının şərqi və avropanın yarısını işğal etməsini bu günkü Türkiyənin qüdrətinə aid etməsi real deyildir. Osmanlı imperiyası 18-ci əsrdən apardığı bütün müharibələrdə torpaqlarını itirib, birinci dünya müharibəsindən sonra ümumiyyətlə hökumət kimi ləğv edilib. Hətta Türkiyənin böyük bir hissəsi ermənilərə verilmişdi. 
Nə üçün Atatürk türklər üçün müqəddəsdir. Çünki Atatürk olmasaydı, bu günkü Türkiyə yox idi. Çünki Atatürk olmasaydı bu gün İstanbul Türkiyənin şəhəri deyildi.
Türkiyənin bu günkü Suriya və Liviya əməliyyatları onun qüdrətini bərpa etdiyinə dəlalət etmirmi soruşa bilərsiniz? Xeyr dəlalət etmir. Birincisi Türkiyə Suriya və İraqda kompakt yaşayan kürdləri terrorist adlandırıb ancaq onlarla müharibə etmir və bəzi lokal müharibələrdə uda bilmir. Nə üçün? Çünki ABŞ icazə vermir. Türk ordusunun rusları Suriyada yerinə oturtması ABŞ-ın dəstəyi ilə oldu. Liviyada əməliyyat aparmağada ABŞ dəstək verdi. Bu dəstəksiz Türkiyə heç Liviyaya girməzdi. 
Bu gün Türkiyə Azərbaycana ancaq özündə istehsal edilən silahları sata bilər, NATO-dan aldığı silahları yox.Türkiyə Azərbaycanla hərbi saziş imzalaya bilər və düşünürəm imzamalıdır. Bu müqavilədə Azərbaycan Ermənistan münaqişəsində 3-cü dövlət iştirak etsə məsələn Rusiya, Türkiyə Azərbaycana silahlı kömək edə bilər maddəsi yazıla bilər. Türkiyə Azərbaycan silahlı qüvvələrinə təlim keçə bilər, hərbi akademiyalarında təhsil verə bilər punktuda qəbul edilə bilər.
Belə bir müqavilə bağlanacaqsa müzakirə edilə bilər. İlk növbədə Rusiyanın reaksiyası və Türkiyənin bu reaksiyaya hazır olub olmadığı müzakirə olunmalıdır. Bu prossesin həyata keçirilməsi çox dərin analiz tələb edir. Türkiyə heç yaxın şərqin qüdrətli hərbi derjavası deyildir. Ən azı hərbi xərclərinə görə Türkiyə İsrail və Səudiyə Ərəbistanından zəifdir. Türkiyənin Ermənistanın əleyhinə atacağı istənilən addım ilk növbədə Türkiyədən zəhləsi gedən Fransa (Makronun), ikincisi erməni lobbici güclü olan ABŞ-ın qəzəbinə səbəb ola bilər.
1987-ci ildən şəxsi maraqlarını milli maraqlardan yuxarı tutan komunist liderlər Bağırov, Vəzirov, Mütəllbovun apardıqları yaramaz siyasət, hakimiyyətə gəlmiş Elçibəyin ətrafındakı başsız qoçularının “biz Türkiyənin bir vilayəti olmaq istəyirik” bəyanatları torpaqları itirilmiş bu günkü Azərbaycanı yaradıb. Növbəti səhv addımlar Azərbaycanın dağılmasına gətirib çıxara bilər”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.