Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » Lənkəranda icra nümayəndəsinin oğlu ictimai işlə təmin olunub: həmin kənddə 84 nəfər ÜSY alır

Lənkəranda icra nümayəndəsinin oğlu ictimai işlə təmin olunub: həmin kənddə 84 nəfər ÜSY alır

Lənkəranda icra nümayəndəsinin oğlu ictimai işlə təmin olunub: həmin kənddə 84 nəfər ÜSY alır
2020-01-14 , 17:26

Lənkəran sakini Heydərli Babək Xeybər oğlu rayon üzrə "DOST İş Mərkəzi”ndən maaş alanlar siyahısındadır. Amma onun maaşını Lənkəranın icra başçısı Taleh Qaraşov öz cibinə qoyur.


AFN xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib. O qeyd edib ki, Kərgəlan kəndindən olan Babək Heydərli heç də işsiz və aztəminatlı təbəqədən deyil ki, "Dost" maaşına ehtiyacı olsun: "O, ötən ilin yanvarında 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçmiş "LƏNKƏRAN CİTY TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi və qanuni təmsilçidir. Babək Heydərlinin anası Heydərova Nəzakət Oruc qızı isə Lənkəran icra hakimiyyəti başçısının Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.

N.Heydərova AFN-ə açıqlamasında oğlunun kənddə ictimai işlərlə məşğul olduğunu dedi. İcra nümayəndəsi 40 ildən çoxdur dövlət orqanlarında çalışdığını, bu müddətdə adi bir töhmət də almadığını səbəb gətirərək onun fəaliyyətinin araşdırılmasını qəbul etmədiyini dedi: "Məni araşdırdılar elə? Mənim oğlum MMC-ni bir həftəlik açdı bağladı. Bütün kənd bilir ki, mənim oğlum mənimlə bərabər ictimai işlərdə işləyir. 6 şəhidə abidə qoyulub, körpülər salınıb, yollar təmir edilib, bunlar hamısı ictimaiyyətin gözü qarşısında olub". N.Məmmədova onu da bildirdi ki, oğlu ailəlidir onunla birgə yaşayır.

Qeyd edək ki, Lənkəranın Kərgəlan kəndindən 84 nəfər ünvanlı sosial yardım alır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.