Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Pensiyaçılara ŞAD XƏBƏR — Yanvar ayının ödənişləri bu gün veriləcək

Pensiyaçılara ŞAD XƏBƏR — Yanvar ayının ödənişləri bu gün veriləcək

Pensiyaçılara ŞAD XƏBƏR — Yanvar ayının ödənişləri bu gün veriləcək
2020-01-15 , 13:44

“Pensiyaların gecikməsilə bağlı məlumatlar həqiqətə uyğun deyil”.




Bunu Modern.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov pensiyaların gecikdirilməsilə bağlı məlumatlara münasibət bildirərkən deyib.



O, bildirib ki, əslində pensiya ay bitənədək qrafikə uyğun verilməlidir:



“Lakin nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu bunu ayın əvvəli və ortaları həyata keçirir. Yeni büdcə ilinin başlanması ilə əlaqədar olaraq, həmçinin yanvar ayının ilk iş günü 7 yanvara təsadüf etdiyinə görə, dərhal bu proses başlandı.



Artıq ödəmələr həyata keçirilib və pensiyaçılarımızın hesabına gün ərzində vəsait tam olaraq oturacaq”.



Nazirlik rəsmisinin sözlərinə görə, bu il ötən illərlə müqayisədə yanvar ayının pensiyası daha tez ödənildi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.