Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » Metro istifadəçilərinə şad xəbər - Bu tarixdə...

Metro istifadəçilərinə şad xəbər - Bu tarixdə...

Metro istifadəçilərinə şad xəbər - Bu tarixdə...
2020-01-15 , 17:56

“Həzi Aslanov” stansiyasının eskalatoru əsaslı təmir olunur.

"Bakı Metropoliteni" QSC-dən "Yeni Sabah"a daxil olan məlumata görə, “Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.

Müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.

Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır. Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.