Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » Nərmin qatildən qaçıbmış,onu kimlər görüb? - SENSASİON MƏLUMAT

Nərmin qatildən qaçıbmış,onu kimlər görüb? - SENSASİON MƏLUMAT

Nərmin qatildən qaçıbmış,onu kimlər görüb? - SENSASİON MƏLUMAT
2020-01-16 , 14:24

Vəhşicəsinə qətlə yetirilən 10 yaşlı Nərminin anası qızının ölümündə şübhəli bilinən İlkin Süleymanla yanaşı onun anasını və bacılarını günahlandırıb.

Oxu24.com news24.az-a istinadən xəbər verir ki, Aynurə xanım Nərminin 47 gün o evdə saxlanılmasından ailənin xəbərdar olduğunu bildirib:

"Qatilin özü yoldaşımın sinif yoldaşı olub, atası yoldaşımın müəllimi olub, dərs keçib. Biz heç inanmırıq, Allah haqqı şokdayıq ki, elə bir ailədən elə bir uşaq çıxarmı? Saatlarla, dəqiqələr yoldaşımla evin qabağında oturub söhbət ediblər. Qızım yandırılan günü onun əmisi oğlu Murad mənə təsəlli verib, hələ çıxarıb pul da verib.

Bütün ailə bilirmiş. Hələ mənim qızım oradan qaçanda qonşular eşidib, heç kimə xəbər etməyiblər. Qaçanda tutub qaytarıblar. Anası da bilirdi, bacıları da. Necə yəni, oğlun bomboş evə çıxır, soruşmadınmı niyə çıxırsan? Pampers alıb çıxır, bəs demirsən ki, ay oğul, evdə çağamız yox, körpəmiz yox, o pampers niyə almısan?

Deyirlər ki, anası bilir, mənim uşağımı evə anası salıb, oğlu da yuxarıda buz kimi yerdə saxlayıb. Deyilənə görə, televizoru da yuxarı evə çıxarıbmış.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.