Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda qeyri-kommersiya təşkilatları və siyasi partiyaların qeydiyyatı xüsusi imtiyaza çevrilib

Azərbaycanda qeyri-kommersiya təşkilatları və siyasi partiyaların qeydiyyatı xüsusi imtiyaza çevrilib

Azərbaycanda qeyri-kommersiya təşkilatları və siyasi partiyaların qeydiyyatı xüsusi imtiyaza çevrilib
2020-09-06 , 13:04

Uzun illərdir Azərbaycanda qeyri-kommersiya təşkilatları və siyasi partiyaların qeydiyyatı xüsusi imtiyaza çevrilib.


Ən yüksək səviyyədə qeyri-rəsmi icazə olmasa, bu 2 istiqamətdə heç bir qurum qeydiyyata alınmır.
21-ci əsrdə, dövlətlərin elm və texnologiya ilə dünayada gücə çevrildiyi bir vaxtda bizim belə xırda və ibtidai problemlərlə məşğul olmağımız həm faciədir, həm də ayıb.

Sözüm bunda deyil: istər QHT-lər, istərsə də partiyalar üçün qeydiyyat (rəsmi fəaliyyət) hüquqi baxımdan son dərəcə zəruridir. Amma dəyərlər və prinsiplər, peşəkarlıq öndə olmayandan sonra, qeydiyyata alınıb çanta-çanta sənədlər rəflərdə saxlamağın da topluma faydası yoxdur.

Bu təxminən nəyə bənzəyir? Vətəndaşlığı təsdiqləmək üçün şəxsiyyət vəsiqəsinə ehtiyac var, amma şəxsiyyət olmaq üçün o vəsiqənin heç bir əhəmiyyəti yoxdur - bayaq dediyim prinsiplər və dəyərlər olmayandan sonra.
Ümid edirəm, 2 partiyanın qeydiyyatının, yüksək mövqeli rəsmi şəxslərin QHT liderlərilə grüşlərinin ardınca bu 2 sahədə qeydiyyat xüsusi imtiyazdan hər kəs üçün çox ASAN və əlçatan imtiyaza çevriləcək.

Ondan sonra qeydiyyat üçün xüsusi təşəkkürə də ehtiyac qalmaz yəqin...

Rövşən Ağayev, iqtisadçı

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.