Yenilik.Az
www.YENILIK.Az » Cəmiyyət » "OBA” market 3 ay əvvəlki pendiri yeni tarixlə satışa çıxardı – Foto

"OBA” market 3 ay əvvəlki pendiri yeni tarixlə satışa çıxardı – Foto

"OBA” market 3 ay əvvəlki pendiri yeni tarixlə satışa çıxardı – Foto
2020-01-16 , 15:22

"OBA" marketlər şəbəkəsində vaxtı keçmiş məhsullar istehsal tarixi dəyişdirilərək satılır.
YeniSabah.az-a daxil olan şikayətə görə, sözügedən hal marketin Ceyranbatan ərazisindəki filialında yaşanıb. Şikayətçinin sözlərinə görə, məhsulun üzərində bir-birinin əksi olan iki tarix yapışdırılıb:

"OBA" marketdən pendir almışıq. Üstünə ikinci qiymət kağızı yapışdırılıb. Əvvəlki oktyabr ayı, yenisi isə yanvar".

Xatırladaq ki, bu OBA marketdə istehsal tarixi ilə bağlı yaşanan ilk şikayət deyil. Bundan öncə, istehsal tarixi 15 mart olaraq qeyd edilən məhsul ondan bir gün öncə - 14 martda satışa çıxarılmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.