Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ombudsman Aparatından Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA

Ombudsman Aparatından Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA

Ombudsman Aparatından Tofiq Yaqublu ilə bağlı AÇIQLAMA
2020-09-14 , 19:19

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında bu gün Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) həkim üzvü tərəfindən qida qəbulundan imtina etməsi ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülmüş Tofiq Yaqubluya baş çəkilib, onun səhhəti ilə maraqlanılıb, tibbi sənədləri araşdırılıb.

Ombudsman Aparatından Yenisabah.az-a verilən məlumata görə, görüş zamanı T.Yaqublunun sağlamlıq vəziyyəti, həmçinin onun həkimi professor Adil Qeybulla ilə də  müzakirə olunub.
T.Yaqublunun hazırda da qida qəbul etmədiyi, səhhətinin stabil və həkim nəzarətində olduğu müşahidə edilib.
Məsələ Ombudsman tərəfindən diqqətdə saxlanılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.