Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əli Həsənov Dubayda görüntüləndi – Bahalı istirahət mərkəzində səhər yeməyi - FOTO

Əli Həsənov Dubayda görüntüləndi – Bahalı istirahət mərkəzində səhər yeməyi - FOTO

Əli Həsənov Dubayda görüntüləndi – Bahalı istirahət mərkəzində səhər yeməyi - FOTO
2020-09-15 , 13:41

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda görüntülənib.

Xatırladaq ki, Əli Həsənov bir neçə gün öncə “Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsində müalicə aldığını bildirmişdi. Əldə etdiyimiz son məlumata görə isə Əli Həsənov artıq Türkiyəni tərk edib və Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.
Sfera.Az-ın Dubaydakı mənbələrdən əldə etdiyi məlumata görə, Əli Həsənov Dubayın ən bahalı çimərlik istirahət mərkəzlərindən olan W oteldə səhər yeməyində görüntülənib.
Maraqlıdır, Türkiyə dövlətinin rəsmi qəzeti olan “Türkiyə qəzeti”nin Əli Həsənovla bağlı FETÖ ilə işbirliyi faktlarını ortaya çıxandan sonra Dubaya edilən səfər təsadüfdürmü?
Qeyd edək ki, W oteli bütün dünyadan zəngin insanların yaşadığı və dincəldiyi Palm Jumeirah bölgəsində yerləşir.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.