Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Tofiq Yaqubluya qızı vəkillik edir, başıpapaqlısı yoxdur?” deyən aktyordan AÇIQLAMA

“Tofiq Yaqubluya qızı vəkillik edir, başıpapaqlısı yoxdur?” deyən aktyordan AÇIQLAMA

“Tofiq Yaqubluya qızı vəkillik edir, başıpapaqlısı yoxdur?” deyən aktyordan AÇIQLAMA
2020-09-15 , 15:01

Bir neçə gün öncə tanınmış aktyor Abbas Qəhrəmanovun Tofiq Yaqublu ilə bağlı sosial şəbəkədə yazdığı fikirlər cəmiyyətdə narazılığa səbəb olub. Sosial şəbəkə istifadəçiləri Əməkdar artisti qadın-kişi ayrı-seçkiliyi yaratmaqda ittiham edərək onu tənqid atəşinə tutublar.

 
Pravda.az xəbər verir ki, paylaşımı səhifəsindən silən sənətçi məsələyə aydınlıq gətirib. Aktyor fikirlərinin düzgün başa düşülmədiyini qeyd edib: “Tofiq Yaqublunun kiminsə oyununda alətə çevrilməyini istəmirəm. Nə isə hissiyata dəymişəm, düzgün başa düşülməmişəm, çox təəssüf! Tofiq Yaqubluya dözüm, qızına, ailəsinə səbr diləyirəm”.
 
Xatırladaq ki, A.Qəhrəmənov T.Yaqublu haqda “Yaqubluya qızı vəkillik edir, oğlu yoxdur? Ya başqa başıpapaqlısı yoxdur? İmkan verin, ay arvadlar. Kişilər qərara gəlsinlər!” – deyə status paylaşmışdı. Qeyd edək ki, Azərbaycanın müxalif siyasi xadimi Tofiq Yaqublu on dördüncü gündür aclıq edir. Onun aclıq aksiyasına başlamasına səbəb həbsi barədə məhkəmə hökmüdür.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.