Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Siyavuş Novruzovu kim əvəz edəcək? – Ad açıqlandı

Siyavuş Novruzovu kim əvəz edəcək? – Ad açıqlandı

Siyavuş Novruzovu kim əvəz edəcək? – Ad açıqlandı
2020-09-15 , 15:04

Məlum olduğu kimi, Ramiz Mehdiyevin sərt karantin dövründə təşkil etdiyi toy məclisində iştirak edən deputat Siyavuş Novruzov ciddi tənqidlərə və ittihamlara tuş gəlib. Nəticədə uzun illər yerinə yetirdiyi YAP-ın icraçı katibinin müavini və Təşkilat şöbəsinin müdiri vəzifələrilə vidalaşmalı olan S.Novruzov hələlik parlamentdə komitə sədri postunu saxlamaqdadır.

 
S.Novruzovun bir müddət əvvəl vidalaşdığı YAP-ın Təşkilat şöbəsinin müdiri vəzifəsinin yeni sahibi məlum olub.
 
Bu postu hakim partiyanın Qaradağ rayonundan deputatı, YAP Siyasi Şurasının üzvü, YAP-ın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov tutacaq.
 
Aydın Hüseynov 1962-ci ildə Tovuz rayonu Çatax kəndində anadan olub. Azərbaycan Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Uzun illər maliyyə sistemində müxtəlif vəzifələr tutub.
 
Ardıcıl iki dəfə Qardağ rayonundan YAP-ın deputatı seçilib.Azpolitika

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.