Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Yaşasın İlham Əliyev”, “Yaşasın Ərdoğan”, “Qarabağ” - Bakıda aksiya

“Yaşasın İlham Əliyev”, “Yaşasın Ərdoğan”, “Qarabağ” - Bakıda aksiya

“Yaşasın İlham Əliyev”, “Yaşasın Ərdoğan”, “Qarabağ” - Bakıda aksiya
2020-09-15 , 15:12

Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasının 102-ci ildönümü ilə bağlı paytaxtda həmrəylik aksiyası keçirilib.


“BakuPost” xəbər verir ki, aksiya Şəhidlər Xiyabanı və Türk Şəhidliyinin qarşısında olub.


İştirakçılar aksiyada “Yaşasın İlham Əliyev”, “Yaşasın Ərdoğan”, “Qarabağ” şüarları səsləndiriblər.

Bundan əlavə, iştirakçılar Azərbaycan və Türkiyə ordularına dəstəklərini ifadə edən şüarlar səsləndiriblər.

Daha sonra aksiya iştirakçıları 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olan türk şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə əklil qoyublar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.