Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Biz Tofiq Yaqublunun həbsdə qalmasını arzu etmirik" - deputat

"Biz Tofiq Yaqublunun həbsdə qalmasını arzu etmirik" - deputat

"Biz Tofiq Yaqublunun həbsdə qalmasını arzu etmirik" - deputat
2020-09-17 , 14:09

"Biz Tofiq Yaqublunun həbsdə qalmasını arzu etmirik"

“Biz Tofiq Yaqublunun həbsdə qalmasını arzu etmirik. Xüsusilə də Qarabağ qazisinin həbsdə qalması arzuolunan deyil”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Bəhruz Məmmədov deyib.

O bildirib ki, deputat həmkarı Razi Nurullayevin Tofiq Yaqublu ilə bağlı fikrini bölüşür: “Ancaq biz cəmiyyət olaraq məhkəmənin, hakimin müstəqilliyinə xələl gətirəcək addımlardan yayınmalıyıq”.

10:27
“Mən bu gün Tofiq Yaqublunun günahkar olub-olmaması ilə bağlı məlumatlı deyiləm”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, bu gün Azərbaycan dünya ölkələri tərəfindən ciddi tənqid olunur:

“Əgər Tofiq Yaqublunun şəxsiyyəti əsasında yaranan məzəmmətlər ölkəmizə ziyan vurursa bu cür addımlardan çəkinmək lazımdır. Ümid edirəm ki, bu gün apelyasiya məhkəməsi Tofiq Yaqublu məsələsini ciddi araşdıracaq və cəmiyyəti razı salacaq qərar qəbul edəcək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.